1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

31 may 2018-ci il tarixdə məktəbimizdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirildi. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Arizə xanım Mahmudova bayram münasibəti ilə uşaqları təbrik edərək, onların dünyada hamı üçün əziz olduğunu, eyni zamanda uşaqlara qayğı göstərməyin, onları qorumağın, müdafiə etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bayram tədbiri ibtidai sinif şagirdlərinin nümayiş etdirdiyi maraqlı bədii kompozisiyalarla davam etdirildi. Sonda “Ən yaxşı yazı nümunəsi” müsabiqəsinin qalibləri direktor tərəfindən diplomlarla təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi