Antinarkotik təbliğinin gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbiri

30 may 2018-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakları ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğinin gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbirləri keçirildi. Tədbirdə rayon Polis İdarəsinin rəisi, polis polkovnik Eldar İlyasov, rayon İH-nin nümayəndəsi Ədalət Teymurov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Namiq Ağayev, Təlimə Dəstək mərkəzinin metodisti Tahirə Qədimova, İdman və Gənclər İdarəsinin rəisi Rakif Əliyev və Bakı şəhər narkoloji dispanserin həkim narkoloqu Pərvin Abbasova iştirak etmişdir. Tədbir iştirakçıları narkomaniyanın yayılması, fiziki və mənəvi təsirləri, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı mühazirə ilə çıxış etmişlər. Tədbir də həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli videoçarx nümayiş olundu. Tədbirin sonunda məruzəçilər tərəfindən antinarkomaniya ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi