28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi

          Respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Həmin o gündən 100 il keçir. Məktəbimizdə keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə” həsr olunmuş bilik yarışının final mərhələsi də məhz bu günə təsadüf edir. Bilik yarışının final mərhələsinə vəsiqə qazanmış komandalar öz biliklərini bir daha sınadılar. Həmçinin şagirdlərimiz şerlər səsləndirərək, rəqslər və mahnılar ifa edərək konsert proqramı ilə çıxış etdilər. Bilik yarışında I yer –6 "A" sinfi, II yer –8 "B" sinfi, III yerə – 7 "A" sinfi layiq görüldü. Qalib komandalar direktor tərəfindən diplomla təltif olundu. Sonda məktəbin direktoru, direktor müavinləri və müəllimləri Azərbaycana həsr olunmuş şerlər səsləndirərək tədbirə yekun vurdular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi