Fəxri xiyabana, Şəhidlər xiyabanına və Dağüstü parka ekskursiya

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar olaraq, məktəbimizin bir qrup şagirdlərinin Fəxri xiyabana, Şəhidlər xiyabanına və Dağüstü parka gəzintisi təşkil olunub. Şagirdlər bu münasibət ilə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla yad ediblər. Sonra şagirdlər Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi