“Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublikadır” adlı dəyirmi masa

23 may 2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublikadır” adlı dəyirmi masa keçirildi. Məktəbin tarix müəllimi Dilşad Quliyeva çıxış edərək qeyd etdi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində geniş qeyd edilir, 2018-ci il ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib və məktəbimizdə də bu mövzuda silsilə tədbirlər keçirilir. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə ətraflı məlumat verərək bildirib ki, cəmi 23 ay fəaliyyət göstərən AXC-nin şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmayıb. Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qalaraq Xalq Cümhuriyyətinin yaranması tarixini - 28 May gününü Respublika Günü kimi təntənə ilə qeyd edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi