Qobustan Dövlət Qoruğuna ekskursiya

Beynəlxalq Muzeylər günü ilə əlaqədar olaraq, məktəbimizin şagirdlərinin ölkəmizin maddi-mənəvi dəyəri olan Qobustan Dövlət Qoruğuna gəzintisi təşkil olundu. Qoruq və muzeydəki tarixi səhnələrin həyat tərzi, hər bir eksponat, keçmiş insan sümüyünün qalıqları, müxtəlif məişət əşyaları şagirdlərin marağını cəlb edirdi. Qayaüstü rəsmlər, qaval daşları ən çox marağa səbəb oldu. Şagirdlər qoruğun müxtəlif görməli yerlərində müəllimlərlə bərabər xatirə şəkilləri çəkdirdilər. Müəllimlər də öz növbələrində həmin günün təsəvvürlərində yaddaşlara həkk olan bir gün kimi iz saldığını söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi