"20 Yanvar" Ümumxalq hüzn günü

18 yanvar 2016-cı ildə K.Məmmədov adına 209 №li tam orta məktəbdə 20 Yanvara həsr olunmuş tədbir keçirildi. Mərasimi giriş sözülə açan məktəb direktoru Arizə Mahmudova 1990-cı ilin 20 yanvarında Bakı şəhərində keçmiş Sovet dövləti rəhbərliyinin qərarı ilə törədilmiş faciə haqqında məlumat verdi. O, 20 Yanvarı təkcə faciə kimi deyil, xalqımızın qəhrəmanlıq tarixi kimi səciyyələndirdi. Tədbirdə çıxış edən məktəb müəllimləri (Məmmədov Əlihəsən, Mirzəyev Elxan) həmin dövrdə baş vermiş hadisələrə öz münasibətlərini bildirdilər. Onlar qeyd etdilər ki, 209 №li tam orta məktəb 20 Yanvar şəhidi, vaxtilə bu məktəbdə təhsil almış Kamal Məmmədovun adını daşıyır. Bu fakt şagirdləri dərindən düşündürməlidir. Onlar təhsildə və fəaliyyətdə K.Məmmədova oxşamağa çalışmalıdır. Sonra məktəbin müəllimi, müharibə veteranı, 20 Yanvar hadisələrinin şahidi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Elxan Xəzərin iştirak etdiyi Şəmistan Əlizamanlının “İgid Əsgər” mahnısının bir fraqmentindən video rolik nümayiş etdirildi. Məktəb direktoru A.Mahmudova tədbirə yekun vuraraq mərasimin hazırlanmasında əməyi olan müəllimlərə və bədii hissədə öz çıxışı ilə diqqəti cəlb etmiş şagirdlərə təşəkkür etdi. O, 20 Yanvar təkcə yanvar ayında deyil, hər gün yada salmağı tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi