Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir

11 may 2018-ci il tarixdə görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbir məktəbin şagirdlərdən ibarət xor kollektivinin çıxışı ilə başlandı. Daha sonra Qara Qarayevin uşaqlar üçün yazdığı fortepiano əsərləri, kinofilmlərə bəstələdiyi mahnılar, musiqi sənətimizin qızıl inciləri olan baletləri tədbirdə səsləndirildi. Məktəbin musiqi müəllimi Dilarə Abbasova Qara Qarayevin Azərbaycan musiqisinin və bəstəkarlıq məktəbinin inkişafındakı rolundan danışdı. Tədbirdə çıxış edən məktəbin direktoru Arizə xanım Mahmudova qeyd etdi ki, bu gün cismən aramızda olmasa da, musiqilərini müntəzəm dinlədiyimiz, əsərlərindəki möhtəşəmliyə dönə-dönə heyrət etdiyimiz dahi bəstəkar hər zaman qəlblərdə və sənət tariximizdə yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi