Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü

10 may 2018-ci il tarixdə məktəbimizdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü qeyd olundu. Bu əlamətdar günlə bağlı məktəbdə anım tədbiri keçirildi. Eyni zamanda, şagirdlərin əl işlərindən ibarət sərgi hazırlandı. Ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi. Tədbirdə ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, xalqımız qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs olundu və Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışdılar. Şagirdlər ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə qazandığı yüksək nailiyyətləri də qeyd etdilər. Sonda məktəbin direktoru Arizə xanım Mahmudova çıxış edərək, bugünkü çiçəklənən Azərbaycan Respublikasının Heydər Əliyev təfəkkürünün məhsulu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi