Şuşanın işğalından 26 il ötür

Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 26 il ötür.Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Şuşanın işğalı günü ilə əlaqədar olaraq, 08 may 2018-ci il tarixdə məktəbdə dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin tarix müəllimi Dilşad Quliyeva tərəfindən şagirdlərə Şuşanın tarixi, şəhərdə yerləşən mədəni abidələr, təbii resurslar haqqında geniş məlumat verildi, Şuşanın işğalına həsr olunmuş videoçarxlar nümayiş olundu. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi və onlarda tarixi hadisələrə qarşı fikir formalaşdırmaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi