İbtidai sinif müəllimlərinin metodbirləşmə iclası keçirildi
03 may 2018-ci il tarixdə məktəbdə ibtidai sinif müəllimlərinin metodbirləşmə iclası keçirildi. İclasda ibtidai təhsil pilləsi üzrə qarşıya qoyulan məqsədlər və onların həyata keçirilməsi müzakirə edildi. Oxuyub-anlama bacarıqlarının və oxu texnikasının yoxlanılması üzrə aparılan monitorinqin nəticələri təhlili aparıldı, müəllimlərin təklifləri dinlənildi. İclasda şagirdlərin bilik səviyyələri, əlavə məşğələlər ətrafında fikir mübadiləsi aparıldı.