“Qaraca qız” əsərinin müzakirəsi keçirildi

            “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” ilə bağlı tədbirlər barədə “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 04.04.2018-ci il tarixli F-148 nömrəli əmrinin 2-ci bəndinə əsasən, məktəbimizdə “Oxu günləri” çərçivəsində məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Fərzəliyeva Nigarın rəhbərliyi ilə V b sinifində Süleyman Sani Axundovun “Qaraca qız” əsərinin müzakirəsi keçirildi. Əsərin təhlili zamanı uşaqlar yazıçının həyat yoluna nəzər saldılar. Hekayələri ilə qısaca tanış oldular. Əsərin təhlili zamanı uşaqlar yazçının həyat yoluna nəzər saldılar. Hekayələri ilə qısaca tanış oldular. “Qaraca qız” əsərini müzakirə etdilər. Müəllim şagirdlərə əsərlərlə bağlı suallar verdi, cavablara münasibətini bildirdi. Sonda şagirdlər əsərdən qısaca səhnə ifa etdilər. Məktəbin direktoru Arizə xanım Mahmudova təhlillərə münasibət bildirdi, şagirdlərin dostluqla bağlı fikirlərini soruşdu. Yekun olaraq şagirdlər yoxsul ilə varlının dostluğunun pul ilə əlaqəsinin olmadığı qənaətinə gəldilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi