Bakı III Məntiq Olimpiadasının ilk turu - məktəbdaxili mərhələsi keçirildi

               V və VI sinif şagirdlərinin lazımi həyati bacarıqlara sahib olması, aldıqları bilikləri həyatda tətbiq edə bilməsi, qarşılaşdığı hadisələrdə tez və düzgün qərar verə bilməsinə kömək edəcək məntiqi təfəkkürü inkişaf etdirmək və bu sahəyə marağın artırılması məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə tərəfdaşlığı ilə Bakı şəhər məktəblərinin V-VI sinif şagirdləri arasında Bakı III Məntiq Olimpiadasının ilk turu - məktəbdaxili mərhələsi keçirildi. Məktəbimizin şagirdləri də məktəbdaxili mərhələdə iştirak etdilər. Məntiq olimpiadasına məktəbimizin müəllimləri nəzarət edirdi. Şagirdlərin test suallarının cavabları olimpiada bitdikdən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi