“Aprel döyüşləri”

Şagirdlərdə vətənpərvərlik hissi yaratmaq məqsədilə məktəbimizdə 04 aprel 2018-ci il tarixdə “Aprel döyüşləri” nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi. Şagirdlər tərəfindən vətənpərvər şerlər və musiqilər səsləndirildi. Sabunçu rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyyatda olan mayor, məktəbimizin azərbaycan dili və ədəbiyyat müəllimi - Elxan Mirzəyev və məktəbin direktoru Arizə xanım Mahmudova çıxış edərək qeyd etdi ki, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi