Novruz gəlir, Yaz gəlir!

19 mart 2018-ci il tarixdə məktəbdə Novruz bayramı ilə bağlı tədbir keçirildi. Direktor Arizə xanım Mahmudova tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdi. Novruzun birlik, qardaşlıq bayramı olduğunu qeyd edən direktor Arizə xanım Mahmudova onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib. Tədbirdə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, şagirdlərin hazırladıqları səhnəciklər nümayiş etdirildi. Sonda məktəbin şagirdləri bayram xonçası ətrafında dövrə vuraraq “yallı” rəqsini ifa edib, maraqlı konsert proqramı ilə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi