Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir

06 mart 2018-ci il tarixində məktəbin kitabxanasında görkəmli yazıçı, alim, pedaqoq və ictimai xadim Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirildi. Yazıçının “Badam ağacları” hekayəsinin müzakirəsinə həsr olunmuş bu tədbirdə ədibin həyat və yaradıcılığı haqqında geniş söhbət açıldı. Mir Cəlalın “Badam ağacları” hekayəsi Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın çətin həyatını əks etdirir. Əsərin qəhrəmanı haqsızlığa məruz qalan Ağarza (“Marşal planı”na uyğun olaraq, onun badam bağını doğrayıb, yerində hərbi baza tikirlər) öz hüquqlarını qorumaq üçün müxtəlif dövlət orqanlarına və məhkəməyə müraciət etsə də istədiyinə nail ola bilmir və Şimali Azərbaycana tutur. Şagirdlər öz çıxışlarında əsərin məzmunu və ideası haqqında müxtəlif fikirlər səsləndirərək tədbir iştirakçılarında “Badam ağacları” əsəri haqqında dolğun fikir formalaşdırdılar. Tədbir iştirakçıları Mir Cəlalın həyat və yaradıcılığı, o cümlədən “Badam ağacları” hekayəsi haqqında suallara cavab verərək hədiyyələr əldə etdilər. Məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Elxan Mirzəyev yazıçı haqqında xatirələrini danışdı. Məktəbin direktoru Arizə xanım Mahmudova tədbirə yekun vurub, fəallıq göstərən şagirdlərə təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi