M.Ələkbər Sabirə həsr olunmuş tamaşa

Oğul mənimdir əgər,oxutmuram, əl çəkin!Eyləməyin dəngəsər, oxutmuram,əl çəkin!Hamımızın əzbərdən bildiyimiz bu məşhur misraların müəllifi dahi,unudulmaz şairimiz Mirzə Ələkbər Sabirdir. “Hophopnamə “adlı şeirlər məcmuəsi ilə özünə ədəbiyyat tariximizdə yer tutmuş şairin yaradıcılığı zəngin və çoxşaxəlidir. M.Ə.Sabir satiralarında dövrünün problemlərini,nöqsanlarını özünəməxsus ustalıqla göstərə bilmişdir.Şairin yaradıcılığı bu gün də aktuallığını saxlayır.O, öz yaradıcılığında ailə,ailə tərbiyəsi, maarif və təhsil mövzularına da geniş yer vermişdir.Şairi sevən, onun yaradıcılığına hörmət və ehtiram göstərən şagirdlər şairin tədbirini keçirmişlər. Tədbiri çıxış sözü ilə Arizə Mahmudova açmış,sonra isə söz şagirdlərə verilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi