“Riyaziyyat elmlərin şahıdır” adlı viktorina
Məktəbin fəaliyyət planının 1.1.1.10 bəndinə uyğun olaraq, V b və VI a sinifləri arasında riyaziyyat fənni üzrə “Riyaziyyat elmlərin şahıdır” adlı viktorina keçirildi. Viktorinada şagirdlər riyaziyyat fənni üzrə bilik və bacarıqlarını nümayiş etdirdilər. Qalib komandalar diplomla mükafatlandırıldı. Həmçinin viktorinada fəallığı ilə seçilən şagirdlərə müxtəlif hədiyyələr təqdim olundu. Hər iki sinifin riyaziyyat müəllimi Nəzakət Əbdürrəhimovaya təşəkkür edirik.