Süleyman Sani Axundov 140 illik

Süleyman Sani Axundovun anadan olmasının 140 illiyi münasibəti ilə 209 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə mütaliə günü keçirilib.Tədbiri məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Mirzəyev Elxan açaraq şagirdlərə yazıçının həyat və yaradıcığı haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında Süleyman Sani Axundovun böyük xidməti vardır. Ədibin "Qaraca qız" əsərindən fraqmentlər şagirdlərə nümayiş etdirilib. Müəllim və şagirdlər tərəfindən əsər müzakirə olunub.Axırda tədbir iştirakçıları Süleyman Sani Axundovun anadan olmasının140 illiyi münasibəti ilə təşkil olunan kitab sərgisi ilə tanış olublar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi