Qəhrəmanlar unudulmur

Fevralın 7-i Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Mübariz İbrahimovun anadan olduğu gündür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 18.06.2010-cu il tarixində Mübariz İbrahimov qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı (ölümündən sonra) verilib. Mübariz İbrahimovun xatirəsi 209 №li tam orta məktəbdə də anıldı. Dəyirmi masada məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Rəsulova Vəfa çıxış edərək, Mübariz İbrahimovun şərəfli ömür yolundan söz açıb şagirdlərə məlumat verdi. Daha sonra şagirdlər qəhrəmanın həyatından hazırlanmış fotostendlə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi