20 Yanvar faciəsinin iyirmi səkkizinci il dönümünə həsr olunmuş tədbir

19 yanvar 2018-ci il tarixdə K.Məmmədov adına 209 №li tam orta məktəbdə 20 Yanvar faciəsinin iyirmi səkkizinci il dönümünə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi başladı. Tədbir iştirakçıları Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan məktəbin VII a və VII b sinif şagirdləri qeyd etdilər ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar. Həmçinin tədbirdə məktəbin müəllim, şagird və valideynləri iştirak edirdilər. Sonda tədbir şagirdlərin vətənpərvərlik mövzusunda söylədikləri şer, mahnı və səhnəciklər ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi