"Vətən daşı olmayandan  olmaz ölkə vətəndaşı”

16 yanvar 2018-ci il tarixində məktəbin tarix müəllimi Dilşad Quliyeva 20 Yanvar  faciəsi ilə əlaqədar olaraq,  "Vətən daşı olmayandan  olmaz ölkə vətəndaşı” mövzüsunda dəyirmi masa keçirdi. Dəyirmi masa Azərbaycan tarixində qanlı hərflərlə qəhrəmanlıq səlnaməsi yazan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra çıxış edən məktəbin tarix müəllimi Dilşad Quliyeva  20 yanvar faciəsi haqqında geniş məlumat verdi. İmperialist qüvvələr tərəfindən törədilən hadisənin qurbanlarından birinin də məktəbimizin şagirdi Kamal Məmmədov olduğunu söyləyən müəllim onun meydan hərəkatlarında iştirakından, vətənpərvərliyindən danışdı.

Məktəbin direktoru Arizə xanım Mahmudova çıxışında xalqımızın mübarizə əzminin göstəricisi olan hadisənin nəticəsində torpaqlarımızda müstəqilliyin bərqərar olunduğunu söylədi. O, vətən, millət uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsini yad etməyi hər bir vətəndaşın mənəvi borc bilməyinin vacibliyini vurğuladı. Sonda tədbirdə iştirak edən şagirdlər 20 Yanvar qurbanlarına həsr olunan şeirlər səsləndirdilər, mövzu ilə bağlı fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi