“Ətraf mühiti qoruyaq” mövzusunda dəyirmi masa
29 dekabr 2017-ci il tarixdə “Ətraf mühiti qoruyaq” mövzusunda dəyirmi masa keçirildi. Toplantını giriş sözü ilə açan məktəbin coğrafiya müəllimi Məcidova Nailə vurğuladı ki, “ətraf mühit insan orqanizminin sağlamlığına daim təsir edir. Bizim fərdi sağlamlığımız əsasən ehtiyatlı davranışdan, irsiyyətdən, fəaliyyətimizdən, ətraf mühitin yerli faktorlarının təsiri və tibbi-sanitariya yardımının əlçatanlığından asılıdırsa, əhalinin davamlı sağlamlığı üçün biosferin “sağlam” olması zəruridir.” Daha sonra tədbir şagirdlərin səhnəcikləri, çıxışları ilə davam etdirildi. Dəyirmi masanın sonunda maraqlı suallar ətrafında müzakirələr aparıldı.