Ulu Öndər Heydər Əliyev irsinin öyrədilməsinə həsr edilmiş dərs
28 dekabr 2017-ci il tarixdə məktəbimizin XI sinif şagirdləri üçün Ulu Öndəri Heydər Əliyev irsinin daha dərindən öyrədilməsinə həsr edilmiş dərs keçirildi. Tədris prosesində 142 nömrəli tam orta məktəbin direktoru Gülnaz xanım çıxış edərək, ümummilli liderimiz Heydər Əliyevin müstəqil dövlət quruculuğu, ölkədə iqtisadi dirçəlişə nail olunması sahəsində gərgin fəaliyyəti barədə, həmçinin Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına çıxması ilə əlaqədar məlumatlar vermiş və şagirdlər tərəfindən böyük maraqla dinlənilmişdir.