Xocalı faciəsi bəşəri cinayətdir!

Fevralın 26-da K.Məmmədov adına 209 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin anım günü keçirildi. Tədbiri ibtidai sinif müəllimi IV a sinifinin rəhbəri Kəmalə Əliyeva hazırlamışdı. Tədbirdə məktəbin şagirdləri, müəllimlər, valideynlər iştirak edirdilər. Tədbir IV a, V a, VI a, VII a, VIII a sinif şagirdlərinin fəal iştirakı ilə hazırlanmışdı. Əvvəlcə tədbirdə iştirak edənlər Xocalı faciəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra isə “Azərbaycan Respublikasının Dövlət Himni” səsləndi şagirdlər ayağa qalxıb hamılıqla himni oxudular. Bu tədbirdə qonaq kimi Sabunçu rayon Veteranlar şurasının sədri Mirzəyev Elxan iştirak edirdi. O, çıxış edərək Qarabağ döyüşlərində iştirakından, azərbaycanın düşmənlə vuruşan cəsarətli oğullarından danışdı. Məktəbin müəllimlərindən bir neçəsi çıxış edərək Xocalı soyqırımını tarixdə ermənilər tərəfindən törədilmiş ən böyük cinayət olduğunu söylədilər. Daha sonra Məmmədbağır Bağırzadənin “Azərbaycan oğluyam” mahnısı səsləndi. Şagirdlər Xocalı soyqırımını əks etdirən şerlər söyləmiş, səhnəciklər göstərmiş, vətənpərvərlik, igidlik, qəhrəmanlıq ruhunda mahnılar ifa etmişlər. Məktəbin yuxarı sinif şagirdləri oğlanlar və qızlar Vətənə layiqli övlad olacaqlarına and içdilər. Məktəbin bir qrup müəllimi “Ana fəryadı” abidəsini ziyarət etmiş, Xocalı faciəsinin qurbanlarına dualar etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi