Mehdi Hüseynin “Çarpayı” hekayəsinin müzakirəsi

21 dekabr 2017-ci il tarixdə məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi İbrahimov Fəxrəddin VII a sinifində görkəmli yazıçı Mehdi Hüseynin “Çarpayı” hekayəsinin müzakirəsini keçirdi. Müzakirədə şagirdlər yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdilər, hekayənin məzmununu danışıb, əsərin surətlərinin təhlilini apardılar. Onlar əsərin ideyası haqqında öz mülahizələrini söyləyib, o dövrlə indiki dövrün müqayisəli təhlilini apardılar. Sonda məktəbin direktoru Arizə Mahmudova çıxış edərək, əsərin müzakirəsinə öz münasibətini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi