"Biz sizdən öyrəndik qəhrəmanlığı"

13 dekabr 2017-ci il tarixdə məktəbimizdə IX-XI sinif şagirdləri arasında "Oriqami" Uşaq və Gənclərin İctimai birliyinin təşkilatçılığı ilə məktəbin adını daşıdığı Kamal Məmmədovun xatirəsinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirildi. Müsabiqə başlamazdan əvvəl şagirdlər şəhidin təhsil aldığı sinif otağına gedərək bir vaxtlar əyləşdiyi partanın üzərinə gül dəstələri düzdülər. İnşa müsabiqəsi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.Tədbirdə "Oriqami" ictimai birliyinin sədri Namiq Nəcəfov çıxış edərək, şagirdlərə uğurlar arzuladı. "Biz sizdən öyrəndik qəhrəmanlığı" adlı inşa yazı müsabiqəsində şagirdlər Kamal Məmmədov haqqında qəhrəmanlıq, vətənpərliklə bağlı fikirlərini qeyd etdilər. Tədbirdə həmçinin şəhid qəhrəmanın qohumu rəssam Salar müəllim, Maştağa qəsəbə Bələdiyyəsinin nümayəndəsi Ağanəcəf müəllim və Sabunçu rayon Veteranları şurasının sədri Elxan Xəzər də iştirak edirdi. Müsabiqənin sonunda şagirdlərə "Oriqami" ictimai birliyinin sədri Namiq Nəcəfov tərəfindən sertifikatlar təqdim olun və xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi