Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir

2003-cü il dekabr ayının 12-si… Həmin gün Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan xalqı öz Böyük və Xilaskar oğlu, ümummilli lider, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi. 12 dekabr – Bu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. O indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir. Çünki bizi əhatə edən gözəl Bakımız, əzəmətli Azərbaycanımız milli liderimiz Heydər Əliyevin əməlləri ilə bəzənib. «Gərək nəbzin vətənin nəbzi ilə vursun» -deyirdi ümumilli lider. Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Ulu Öndər Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırır. Respublikamızın hər bir yerində olduğu kimi bu gün bizim məktəbimizdə də qeyd edilib. III a sinif şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Şagirdlər məktəbimizdə yerləşən Heydər Əliyev guşəsini ziyarət edib, önünə təzə-tər qərənfillər qoydular. Həmçinin tənəffüs vaxtı dəhlizdə şagirdlərə H.Əliyevin həyat və yaradıcılığına həsr olunmuş video rolik nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi