“ Beynəlxalq Əlillər günü”nə həsr olunmuş tədbir

 

01 dekabr 2017-ci il tarixdə məktəbin akt zalında “Nağıllar aləminə səyahət” adlı tədbirin III hissəsi keçirildi. Tədbir 3 dekabr “ Beynəlxalq Əlillər günü”nə həsr olundu. Sağlamlıq imkanları məhdud olan, evdə təhsil alan şagirdlər tədbirdə qonaq qismində iştirak edirdi. Onlar da şagirdlər  ilə birgə əylənərək, rəqslər etdilər. Bir-birindən maraqlı nağıllardan ibarət səhnəciklər nümayiş etdirib, mahnılar ifa etdilər. Tədbirin sonunda məktəbin direktoru Arizə xanım Mahmudova  çıxış edərək qeyd etdi ki, görülən işlər sadəcə 3 dekabr - Beynəlxalq Əlillər günü naminə belə olmasın. Günün istənilən vaxtı və saatında uşaqlara qayğı ilə yanaşılsın, onlara xüsusi diqqət və qayğı göstərilsin”. Sonda bütün  tədbir iştirakçılarına uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi