Həsən Bəy Zərdabinin 180 illik yubileyi

30 noyabr 2017-ci il tarixində görkəmli alim, pedaqoq, ictimai xadim, “Əkinçi” qəzetinin nəşri ilə başlanan (22 iyul 1875-ci il) Azərbaycan milli mətbuatının banisi Həsən Bəy Zərdabinin 180 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü, “Xalqa xidmətin Həsən bəy Zərdabi nümunəsi”  kitabının müəllifi Elxan Mirzəyev Həsən bəy Zərdabi haqqında aparılmış tədqiqat işləri barəsində məlumat verərək, bu böyük şəxsiyyətə həsr olunmuş dram əsəri üzərində işlədiyini bildirdi. Təklif olundu ki, bu əsər məktəb şagirdləri tərəfindən səhnləşdirilsin.  

Daha sonra şagirdlər H.B.Zərdabinin həyat və fəaliyyəti haqqında geniş məlumat verərək, əvvəlcədən hazırlanmış sualları cavablandırdı. Tədbirin bu hissəsində şagirdlər fəallıq nümayiş etdirdi.  

Sonra şagirdlər Həsən bəy Zərdabiyə həsr olunmuş şeirlər səsləndirdilər.

Tədbirdə fərqlənən şagirdlərə xatirə hədiyyələri kitablar təqdim olundu.

Tədbirə yekun vuran məktəbin direktoru Arizə xanım Mahmudova H.B.Zərdabi ədəbi irsinin zənginliyini önə çəkərək, onun həyat və fəaliyyətinin öyrənilməsinin vacibliyini qeyd etdi. O, həmçinin tədbirin hazırlanmasında fəallıq göstərənlərə öz minnətdarlığını bildirdi. 

 

Həsən bəy Zərdabi haqqında

https://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99n_b%C9%99y_Z%C9%99rdabi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi