Kurrikulum təlimi

Təhsil Sektorunun İnkişafı ü zrə İkinci Layihənin “Pedaqoji kadrların ixtisasartırma təhsilinin müasirləşdirilməsi” nin icra planına uyğun olaraq, müəllimlərin yeni fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktiki hazırlığını təmin etmək məqsədilə tətil günlərində məktəbimizdə təlim keçirilmişdir. Məktəb üzrə keçirilən təlimdə gənc müəllimlərlə yanaşı qocaman müəllimlər də iştirak edir və onlar tədris prosesində yeni metodların tətbiqinə böyük səylə yanaşırlar. Təlimin təşkilində və fənn müəllimlərimizin yeni texnologiyanın əsaslarına yiyələnməsində məktəbin direktoru Arizə Mahmudovanın xüsusi əməyi vardır. Qeyd edək ki, təlim kursunu müəllimlərə Təhsil Nazirliyinin təlimçisi, 124 №li tam orta məktəbin müəllimi Əliyeva Çimnaz keçmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi