"Ölkəmizi tanıyaq"

Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında respublikamızın ayrı-ayrı bölgələrini daha yaxından tanımaq məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında olduğu kimi Sabunçu rayonunda da IX-XI sinif şagirdləri üçün tur ekskursiyalar təşkil edilmişdir. Həmin aksiyada məktəbimizin XI sinif şagirdi Əzizov Xeyrulla iştirak edirdi. 15 noyabr 2017-ci il tarixində Sabunçu Rayon Gənclər evində Sabunçu şagirdlərininin müəyyən olunmuş qrafik üzrə Lənkəran şəhərinə təntənəli yolasalma mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, müavinlər, qərargah üzvləri, valideynlər və şagirdlər iştirak edirdi. Belə bir aksiyanı həyata keçirdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə dərin minnətdarlığımızı bildiririk!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi