Bülbülün ev muzeyinə ekskursiya

Məktəbimizin şagirdləri 03 noyabr 2017-ci il tarixində Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, ictimai xadim, professor -Bülbülün ev muzeyinə ekskursiyaya gediblər. Muzeydə bələdçi tərəfindən məktəbimizin şagirdlərinə Bülbülün həyat və yaradıcılığı, yaşayış tərzi haqqında məlumat verilib. Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanmışdır. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişətəşyaları, incəsənət əsərləri və şəxsi əşyalar vardır. Şagirdlərimiz vacib sayılan bir şeyi də öyrəndilər ki, Bülbülün Şuşada yerləşən ev muzeyi 1992-ci ildən etibarən, Şuşanın işğalından sonra öz fəaliyyətini dayandırmışdir. İnşallah şagirdlərimiz növbəti dəfə Bülbülün Şuşadakı ev muzeyinə ekskursiyaya yollanar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi