“Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının Azərbaycan Respublikasında radifikasiya edilməsinin 25-ci ildönümü ərəfəsində İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə 2017-cı ilin 20 oktyabr - 20 noyabr tarixlərində elan olunmuş “Uşaq hüquqları aylığı” çərçivəsində məktəbimizdə uşaq hüquqlarının qorunması və təbliği istiqamətində 01 noyabr 2017-ci il tarixdə məktəbin psixoloqu Muradova Sevinc tərəfindən dəyirmi masa keçirildi. Bildirdi ki, uşaq hüquqlarının tam təmin edilməsi, problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan, son illərdə uşaqların hüquqların müdafiəsi, sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün ölkədə bir sıra tədbirlər həyata keçirilir. Dəyirmi masada , həmçinin bu cür tədbirlərin təşkilin uşaqların hüquqlarının təmin edilməsində, onların qayğı ilə əhatə olunmasında və hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasında əhəmiyyəti vurğulandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi