“Uşaq hüquqları aylığı” çərçivəsində mühazirə

27 oktyabr 2017-ci il tarixdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Vəfa Rəsulova tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində uşaqların sağlam yaşamaq hüququnun təmin edilməsi məqsədi ilə maarifləndirici mühazirə təşkil olundu. Çıxışında bildirdi ki, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlətimiz bu şəraiti təmin edən tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürmüşdür. Daha sonra şagirdlərə ilkin tibbi yardım haqqında profilaktik biliklərdən ətraflı söz açdı. Sonda şagirdləri maraqlandıran sualları cavablandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi