“Bülbülün 120 illik yubileyi” dəyirmi masa

Məktəbin fəaliyyət planına əsasən 26 oktyabr 2017-ci il tarixdə məktəbdə dahi ifaçı, ölməz sənətkar “Bülbülün 120 illik yubileyi” ilə əlaqədar olaraq, dəyirmi masa təşkil edildi. Dəyirmi masada VII sinif şagirdləri iştirak edirdi. Məktəbin musiqi müəlliməsi Dilarə Abasova öz çıxışında şagirdlərə böyük sənətkar Bülbül zəngin yaradıcılıq yolu keçmiş və onun çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymasından söhbət açıb. Məlumat verildi ki, onun Şərqlə Qərbin musiqi ənənələrinin qovuşuğunda yüksək məharətlə canlandırdığı rəngarəng obrazlar ifaçılıq sənətinin bənzərsiz nümunələridir. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün müstəsna xidmətləri vardır. Dəyirmi masada şagirdlərə Bülbülün ifasında dinlədiyimiz romans və xalq mahnıları nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi