"12 Noyabr Konstitusiya günü"

Noyabr 12-də K.Məmmədov adına 209 №li tam orta məktəbdə Konstitusiya günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Arizə Mahmudova açıb. İlk olaraq o şagirdləri bu gün münasibəti ilə təbrik edib və sonra tarix müəlliməsi Poladova Mehriban, musiqi müəlliməsi Nuriyeva Çiçək və şagirdlərin hazırladığı tədbirə baxılıb. Direktor Arizə xanım Mahmudova Konstitusiya günü ilə bağlı iştirakçılara geniş məlumat verərək, konstitusiyamızın hazırlanmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolundan söz açıb. Daha sonra müəllim və şagirdlər Konstitusiya günü ilə bağlı yaddaqalan və maraqlı çıxışlar ediblər. Tədbir himnin səsləndirilməsi ilə başa çatıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi