5 oktyabr Müəllimlər günü

Məktəbimizin akt zalında 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Məktəbimizin direktoru Arizə xanım Mahmudova tədbiri giriş sözü ilə açaraq məktəbin pedoqoji heyətini, əməkdaşlarını 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara cansağlığı, elm və təhsildə, pedaqoji fəaliyyətdə uğurlar arzuladı. O qeyd etdi ki, Ulu öndərimiz Heydər Əliyev həm də müəllim adını, müəllim əməyini yüksək qiymətləndirərək demişdir: «Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir. Mən müəllim qarşısında baş əyirəm». Tədbirdə məktəbimizin şagirdləri də öz çıxışları ilə müəllimləri bayram münasibətilə təbrik etdilər. Həmçinin tədbir zamanı bir neçə müəllim rəhbərlik tərəfindən Fəxri fərmanla təltif olundu. Məktəbimizin rəhbərliyi, pedoqoji kollektivi adından şərəfli sənət sahiblərini, əsl müəllim adına layiq olan bütün müəllimləri təbrik edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi