“Oxuyaq, oxudaq” layihəsi məktəbimizdə

Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Oxuyaq, oxudaq” adlı layihə həyata keçirilir. Layihənin həyata keçirilməsində məqsəd şagirdlərin kitab oxumağa marağının artırılması, onların təmənnasız olaraq kitab vəsaitləri ilə təmin olunmasıdır. Bu gün məktəbimizdə Sabunçu rayon İcra Hakimiyyətinin müavini Rəna xanım Fərəcova ilə şagirdlərimizin görüşü keçirildi. Görüşdə şagirdlərə müxtəlif başlıqlar altında kitablar təqdim olundu. Sonda şagirdlər layihənin təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi