Məktəbəhazırlıq qrupu fəaliyyətə başladı

Oktyabrın 2-dən başlayaraq məktəbimizdə 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar. Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim Məlikova Rəhilə tərəfindən aparılacaq. Məktəbin direktoru Arizə Mahmudova şagirdləri təbrik edərək «Uğur yolunun açarı məktəbimizin bilik açarıdır» - deyə bildirdi. Qeyd etdi ki, hazırda məktəbdə şagirdlər 1 qrup –Azərbaycan sinifləri üzrə dərs alacaqlar. Məktəbəqədər hazırlıq sinifinə 30 uşaq cəlb edilib. Gələcəkdə siniflərin və uşaqların sayının artırılacağı da istisna deyil.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi