Milli Musiqi günü

18 sentyabr-Milli Musiqi Günüdür. Milli Musiqi Günü Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycanın professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyun anadan olduğu gün qeyd olunur. Məhz bu gün ilə əlaqədar olaraq, sentyabrın 18-də məktəbimizdə Milli Musiqi Günü ilə əlaqədar tədbir keçirildi. Tədbir dahi bəstəkar Üzeyir Hacıbəyovun 1919-cu ildə bəstələdiyi Azərbaycan Respublikası Dövlət himni ilə açıq elan olundu. Daha sonra məktəbin direktoru Arizə xanım Mahmudova Üzeyir bəy haqqında məlumat verdi. O qeyd etdi ki, Üzeyir Hacıbəyovun mədəniyyət tariximizdə dahi bəstəkar,peşəkar musiqi sənətimizin və milli operamızın banisi,musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. Tədbirdə məktəbimizin xor kollektivi Üzeyir Hacıbəyovun “Sənsiz” romansını səsləndirdilər. Sonda xadimin həyat və yaradıcılığından bəhs edən fraqmentlərə baxıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi