Valideyn iclası

16 sentyabr 2017-ci il tarixində 209 №li tam orta məktəbdə 2017/2018-cı tədris ilinin ilk valideyn iclası keçirildi. İclası giriş sözü ilə məktəbin direktoru Arizə Mahmudova açdı. İlk olaraq Arizə Mahmudova valideynləri salamlayaraq 209 №li tam orta məktəbin müəllim və işçi heyətini təqdim etdi. Daha sonra isə natiq valideyn iclasının keçirilməsinin əhəmiyyətindən danışdı. Şagirdlərin uğur qazanmasında valideynlərin böyük rol oynadığını bildirdi. Direktor uğurların çox olması üçün tədris, təlim və tərbiyənin qırılmaz əlaqədə olması, güclü nizam – intizamın və dərs davamiyyətinin, eləcə də Məktəb – Valideyn – Şagird üçbucağının möhkəm olmasının vacibliyindən danışdı. “Hər bir valideyn ən azı 2 həftədə 1 dəfə olmaqla övladının dərsi ilə bağlı müəllimlərlə görüşməlidir" - deyən Arizə xanım uğur faizi aşağı olan şagirdlərin yüksək səviyyədə olan bəzi sosial qabiliyyətlərinin inkişaf etdirilməsinin üsul və qaydaları barədə də məlumat verdi. Təxminən 2 saat davam edən iclasın sonunda valideynlər 209 №li tam orta məktəbin rəhbərliyinə təşəkkür etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi