15 sentyabr "Bilik günü"

Kamal Məmmədovun adını daşıyan 209 nömrəli tam orta ümumtəhsil məktəbində 15 sentyabr – “Bilik günü” ilə əlaqədar tədbir keçirildi. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Arizə xanım Mahmudova şagirdləri onların valideynlərini, müəllim və tədbir iştirakçılarını təbrik edərək onlara ən xoş arzularını bildirib. Qeyd edib ki, məktəbimiz 1962-ci ildən fəaliyyətə başlayıb bu il həmçinin məktəbin 55 illik yubileyi qeyd olunur. Arizə xanım Mahmudova məktəbin yubileyi münasibətilə kollektivi təbrik edərək uğurlar və müvəffəqiyyətlər arzulayıb. Tədbirimizin qonağı Maştağa Bələdiyyəsinin nümayəndəsi Zakir müəllim çıxış edərək, şagirdlərə yeni dərs ilində uğurlar arzulayıb. Daha sonra tədbir iştirakçılarına respublikamızda “Bilik Günü”nün qeyd olunması, tarixi haqqında ətraflı məlumat verilib. Sonda uşaqların ifasında Azərbaycan Respublikasının Dövlət himni, şeir və mahnılar səsləndirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi