Son zəng tədbiri

14 iyun 2017-ci il tarixdə XI siniflərin “Son zəng” tədbiri keçirildi. Aparıcılar məzunları və gələn qonaqları salamladıqdan sonra “Son zəng” tədbiri dövlət himninin səsləndirilməsi ilə başlandı. Tədbiri məktəbin direktoru Arizə xanım Mahmudova açaraq şagirdləri təbrik edib, onlara vətənə və cəmiyyətə layiqli övlad olmalarını arzuladı. Məktəb birincilərinin ifasında şeirlər, səhnəciklər SON ZƏNG şənliyini daha da rəngarəng etdi. Tədbirdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tərəfindən maraqla qarşılandı. Möhtəşəm atəşfəşanlıqdan sonra 11-cilər məktəbin simvolik bilik açarını birincilərə təqdim etdilər. Sonda çıxış edən müəllimlər şagirdlərə ürək sözlərini söyləyib, onlara müstəqil həyatda uğurlar arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi