1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü

Ömrümüzün ən dəyərli dövrünü əhatə edən qayğısız məktəb illəri hər birimizin xatirəsində silinməz izlər qoyub. Bunlardan ən birincisi uşaqlıq illərimizin ilk sevinci olan “Əlifba bayramı”nın qeyd olunduğu gündür. Məktəbimizin 1 “B“ və 1 “C” sinifləri də bu ənənəyə sadiq qalaraq bayram şənliyi nümayiş etdirdilər. Şənlik həmçinin 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olundu. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra söz birincilərə verildi. Həyatlarında ilk dəfə böyük auditoriya qarşısına çıxan birincilər şeirlər və mahnılar ifa edərək tədbirlərinin açılışını etdilər. Rəqsləri ilə bayramlarını daha da şənləndirdilər. Sonda məktəbin direktoru Arizə Mahmudova birinciləri təbrik edib, onlara təhsilin növbəti pillələrində uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi