“Molla Pənah Vaqifin həyat və diplomatik fəaliyyəti”

“Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Azərbaycan Respublikası Təhsil nazirinin 07 aprel 2017-ci il tarixli 193 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbimizdə tədbirlər planı işlənib, hazırlanmışdır. Bu gün məktəbimizin azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədov Əlihəsən “Molla Pənah Vaqifin həyat və diplomatik fəaliyyəti” adlı seminar keçirdi. Seminarda Vaqif lirikasının əsas mövzu və ideya istiqamətlərindən, diplomatiyasından, onun Azərbaycan şeir tarixinin inkişafındakı xidmətlərindən danışıldı. Müəllimin keçirdiyi seminar şagirdlər tərəfindən böyük maraqla qarşılandı. Sonda şagirdlər şairin həyat və yaradıcılığını özündə əks etdirən “Molla Pənah Vaqif -300” adlı sərgi ilə tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi