“İnsan Hüquqları Günü” nə həsr olunmuş dəyirmi masa

30 may 2017-ci il tarixdə keçirilən dəyirmi masa zamanı məktəbin psixoloqu Muradova Sevinc Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan müvafiq müddəalarla şagirdləri tanış edərək, Azərbaycan vətəndaşlarının, habelə şagirdlərin özlərinin bir sıra vəzifələri, hüquq və azadlıqları, Cinayət hüququ, Mülki hüquq, Ailə hüququ, Təhsil hüququ, Asayişin keşiyində dayanan hüquq işçilərinin vəzifələri və bu vəzifələrin dövlət əhəmiyyəti, Hüquq pozuntularının mahiyyəti, Birgə yaşayış normaları və bu normaların pozulması hallarının yolverilməzliyi barədə məlumatlar verdi, onların hüquqi məlumatlılığı artırıldı. Dəyirmi masada ölkəmizdə bu sahədə əldə edilən nailiyyətlər, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində qarşıda duran və görülən işlər barədə şagirdlər çıxışlar etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi