"28 may Respublika günü" və "Breyn-rinq yarışı"nın final mərhələsi

May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür.Məktəbimizdə keçirilən “Azərbaycan Respublikasının 99-cu il dönümünə” həsr olunmuş breyn-rinq yarışının final mərhələsi də məhz bu günə təsadüf edir. Final mərhələyə vəsiqə qazanmış komandalar öz biliklərini bir daha sınadılar. Breyn-rinq yarışında I yer – 11 "A" sinfi (Mars) , II yer – 5 "A" sinfi (Qələbə), III yerə – 10 "A" sinfi (Yupiter) layiq görüldü. Qalib komandalar direktor tərəfindən diplomla təltif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi