ZİRƏ MƏDƏNİYYƏT MƏRKƏZİ EKO-PARKA EKSKURSİYA

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində şagirdlərimiz məktəbin müəllimlərinin rəhbərliyi altında Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzi Eko-Parka ekskursiya etdilər. Qalereya - yaşıllıq ərazisi, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi ilə tanış oldular. Şagirdlərimiz Eko-Parkı gəzdilər, Quş parkında olan müxtəlif adda quş növləri və bitkilər onlarda böyük maraq yaratdı. Sonda əyləncə məkanında attraksionlarda əyləndilər və velosipedlərdə mini yürüşlər etdilər. Təbiətin qoynunda onun füsunkar, rəngarəng biomüxtəlifliyini izləmək və əylənərək vaxt keçirmək əyləncələrin ən gözəlidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi