"Ekoloji xəstəliklər və onların sosioloji səbəbləri”

Ekoloji aylıqlar layihəsi çərçivəsində “Ekoloji xəstəliklər və onların sosioloji səbəbləri” mövzüsunda dəyirmi masa təşkil olundu. Şagirdlər çıxışlarında xəstəliklərin çoxunun ətraf mühit ilə birbaşa bağlı olduğunu vurğuladılar. Misal üçün yoluxucu xəstəlikləri göstərmək olar. Yoluxucu xəstəlik törədicilərinin inkişafının bir mərhələsi insanda, başqa mərhələsi isə ətraf mühitdə keçir. Ona görə də ətraf mühit bir çox xəstəliklərin təbii mənbəyi hesab edilir. Ətraf mühitin çirkləndirilməsi insan orqanizmini zəiflədir, onun xəstəliklərinə optimal şərait yaradır. Müəyyən edilmşdir ki, Abşeron yarımadasının bir sıra qəsəbələrində və Sumqayit şəhərində ətraf mühitin çox çirkləndirilməsi ilə əlaqədar xəstə adamların sayı başqa yerlərə nisbətən çoxdur. Şübhəsiz ki, soyuqdəymə qədər geniş yayılmış xəstəlik yoxdur, bu isə xalis ekoloji xəstəlikdir, mikroiqlimin pozulmasının nəticəsidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi